AXCP Rəyasət Heyətinin üzvü keçmiş cəbhəçini döydü

1 İyul 2015 21:41 (UTC+04:00)

A. Tanrıverdioğlu APA-ya açıqlamasında bildirib ki, bu gün Nərimanov rayonu ərazisindəki kafelərdən birində istirahət edərkən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli qəfildən kafeyə girərək, onu döyməyə başlayıb: " Yanında tanımadığım bir nəfər də vardı. Mənim üzümə xəsarət yetirdilər. Səbəbini soruşanda partiya əleyhinə fəaliyyətimə görə belə davrandığını dedi. Hazırda üzümdə xəsarət izləri var".

A. Tanrıverdioğlu hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdiyini deyib.

S. Kərimli APA-ya faktı təsdiq edərək deyib ki, A.Tanrıverdioğlu onu sosial şəbəkədə təhqir etdiyi üçün ona bir sillə vurub.