“Qadın məhəbbəti” səhnədə

17 Oktyabr 2012 07:29 (UTC+04:00)
Bu gün Akademik Milli Dram Teatrının səhnəsində "Qadın məhəbbəti" adlı tamaşa nümayiş olunacaq. V.Hüqonun "Mariya Tüdor" pyesi əsasında hazırlanmış tamaşa iki hissəli şekspirsayağı dram əsəridir.

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Ceyran Həsənovadır.

Tamaşada Məleykə Əsədova, Hacı İsmayılov, Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Əjdər Həmidov və başqaları çıxış edirlər.

Bahar Rüstəmli
AzNews.az