Yolda velosiped sürürdü, maşın vurdu

2 İyul 2015 09:57 (UTC+04:00)

AzNews.az-a Report-a istinadən xəbər verir ki, qəza rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb. Kənd sakini 21 yaşlı Orxan Oruc oğlu Musayev idarə etdiyi "VAZ 2104" markalı "62 RX 089" dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol ilə hərəkət edən velosipedçi, Zaqatala şəhər sakini, 13 yaşlı Hacı Rövşən oğlu Mehdiyevi vurub.

Nəticədə müxtəlif bədən xəsarətləri alan uşaq Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı xəstəxanaya daxil olduqdan sonra bütün göstərilən müdaxilələrə baxmayaraq aldığı ağır bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.