Tovuzda ev yandı
2 İyul 2015 10:12 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz rayonu, İbrahimhacılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.