Argentina liderdir

17 Oktyabr 2012 07:43 (UTC+04:00)


DÇ-2014-ün seçmə mərhələsinin Cənubi Amerika zonasında Argentina Çilinin qonağı olub.

İlk dəqiqələrdən ehtiyatlı oyun oynayan Argentina 28-ci dəqiqədə hesabı açdı. Qaqonun ötürməsindən sonra Leonel Messi topu rəqib qapısına göndərdi.

Bu qoldan 2 dəqiqə sonra Argentina daha 1 qol vurdu. Di Marianın ötürməsindən sonra topu alan İquain komandasının 2-ci topunu vurdu. Çili oyunun sonlarına yaxın 1 top vurmağı bacarsa da məğlubiyyətdən yaxa qurtara bilmədi. Oyun 2 – 1 hesabı ilə argentinalıların millisinin xeyrinə başa çatdı.

Bu oyundan sonra Argentina milli komandası 20 xalla qrup liderliyini davam etdirir.

Elman Bakuvi
AzNews.az