Putindən sərt tapşırıq

17 Oktyabr 2012 07:49 (UTC+04:00)
Rusiya prezidenti anti-terror əməliyyatlarında iştirak edən xüsusi təyinatlılarla iclas keçirib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, iclasda prezident Putin görülən işlərdən danışıb və qarşıda duran vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırıb.

Putin bildirib ki, son bir neçə ay ərzində 313 terrorçu məhv edilib. Onların arasında 43 qruplaşma rəhbərinin olduğunu deyib. Bundan Putin xüsusi xidmət orqanları əməkdaşlarına terrorla mübarizədə sərt və amansız olmağı tapşırıb.

O, yaxın illərdə ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçiriləcəyini deyib və əlavə edib ki, bu xüsusi xidmət orqan əməkdaşlarının işinin məsuliyyətini artırır.

Sadiq Musa
AzNews.az