Ben Ladenin sürücüsü azadlıqda

17 Oktyabr 2012 07:59 (UTC+04:00)
Dünyanın ən qanlı terrorçusu Ben Ladenin keçmiş sürücüsü azad edilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Səlim Hamdan Quantanamo həbsxanasında 5.5 il cəza çəkdikdən sonra azadlığa buraxılıb.

Məhkəmə onu azad etməklə yanaşı günahsız olduğu barədə də qərar çıxarıb. Qeyd edək ki, o, 2008-ci ildə terrorizmlə əlaqədə ittiham edilərək həbs edilmişdi.

Sadiq Musa
AzNews.az