“Məğlubiyyətlərin səbəbi...”

17 Oktyabr 2012 08:02 (UTC+04:00)


Türkiyənin ulduz yarımmüdafiəçısı Həmid Altintop Macarıstan məğlubiyyətindən sonra fikirlərini mətbuatla bölüşüb.

Ötən gün Macarıstanın qonağı olan Türkiyə millisi oyuna aktiv başlasa da, qapısında görüdüyü 3 qol ilə meydandan məğlub ayrıldı. Goal.com-un xəbərinə görə, Abdulla Avcının oyunçular ilə lazım olandan daha çox yaxşı rəftar etdiyini deyən Həmid "Abdulla Avcı pozitiv bir insandır. Hər şeyin xırdalıqlarına diqqət edir və komandanı bu cür oyuna hazırlayır. Onu tənqid etmək fikrində deyiləm amma, bu yumşaq niyyətini dəyişdirsə komandada daha uğurlu olar. Bunu öz təcrübəmə əsasən deyirəm. Bir az ciddiliyini hiss etdirməlidir", bildirib.

Elman Bakuvi
AzNews.az