“Günün oyunu”da qalib müəyyənləşmədi

17 Oktyabr 2012 08:20 (UTC+04:00)


DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib.

Günün ən maraq doğuran qarşılaşması "I qrupu"da keçirilib. Son Dünya və Avropa çempionu İspaniya yığması doğma meydanda Fransanı qəbul edib. Qalibiyyətdən başqa heç bir nəticəni sevməyən ispanlar bu oyununda fovariti sayılırdı. Ancaq fransızlar bu prinsipi tanımadıqlarını oyunda sübut etdilər. 25-ci dəqiqədə "Real Madrid"in ulduzu Serxio Ramos meydan sahiblərini önə keçirdi. Bu hesab oyunun son dəqiqələrinə qədər dəyişmədi. Ancaq Fransa millisi oyunun son dəqiqələrində dönüş etməyi bacardı. Qonaqların heyyətində Cirud fərqləndi və matç 1-1 hesabı ilə yekunlaşdı.

Elman Bakuvi
AzNews.az