Yanan binanın təmiri ilə bağlı - Yeni xəbər

3 İyul 2015 12:47 (UTC+04:00)

Bunu AzNews.az-a Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Binəqədi RİH bina sakinləri ilə mütəmadi əlaqə saxlayır:

"Vətəndaşlar yerləşdiyi məkanlarda tez-tez yoxlanılır, diqqətdə saxlanılır. İnsanlar tam həyata qayıdıb. Onların əgər bir problemi olarsa, bizimlə əlaqə saxlayırlar. Amma demək olar ki, heç bir problemləri də yoxdur. Binanın təmir və tikinti ilə bağlı suallarını isə Binəqədi rayon İcra Hakimiyyəti cavablandırmır".

Qeyd edək ki, bu ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanıb. Hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az