İsa Qəmbərin müşaviri istefa verdi

17 Oktyabr 2012 08:47 (UTC+04:00)
İctimai Palatanın (İP) müsavatçı üzvü Yadigar Sadıqov bu qurumun sıralarından istefa verib. Bu barədə APA-ya o özü məlumat verib.

O, İP-dən istefasının səbəbləri barədə yaxın müddətdə özünün "facebook" səhifəsində açıqlama ilə çıxış edəcəyini bildirib.

Qeyd edək ki, Y. Sadıqov Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının sədridir.

AzNews.az