Əməkdar artistin oğlunun toyudur-EKSKLÜZİV

17 Oktyabr 2012 09:01 (UTC+04:00)
Əməkdar artist İlqar Muradovun oğlu Zümradın toyu olacaq.

AzNews.az-ın məlumatına görə, oktyabrın 22-də paytaxt şadlıq saraylarının birində baş tutacaq toy mərasiminə Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələriylə yanaşı, ictimai xadimlər də dəvət olunublar.

AzNews.az olaraq, İlqar Muradovun sevincini bölüşürük, yeni qurulan ailəyə xoşbəxtlik arzulayırıq.

Mahir Hüseynbəyli
AzNews.az