Məşhur model zinət əşyaları kolleksiyası yaratdı - FOTOLAR

4 İyul 2015 10:10 (UTC+04:00)

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, zinət əşyaları brendinin siması və təmsilçisi kimi Mirandanın ilk kolleksiyasında zərif qolbaqlar və kulon, eləcə də bir neçə boyunbağı daxil olub.

Dizaynın əsasında - ulduzlar, çiçək, bitki motivləri və müxtəlif rəngli kristallar dayanır.

"Bu brendlə işləmək çox gözəl imkandır. Onun güclü tarixi, heyranedici mənbələri, texnologiyaları və təcrübəsi var", - deyə Kerr WWD saytına müsahibəsində bildirib.

Zinət əşyaları kolleksiyası payızda satışa çıxarılacaq.