İrəvanda qeyri-adi qətl - “Şər”i qovmaq üçün arvadını öldürdü

4 İyul 2015 13:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi İrəvan şəhər polis idarəsinin mətbuat xidmətinə istinadən yayıb.

Məlumata görə, 38 yaşlı Aykanuş Sorsumatyanın Kanakerdə yaşadığı evdə meyiti tapılıb.

Araşdırmadan sonra məlum olub ki, qadını onun əri öldürüb. O, artıq dindirilmə zamanı bunu etiraf edib.

Qətldən bir neçə saat öncə kişi 2 qızını bədənlərində olan şəri çıxartmaq üçün kilsəyə aparıb. Evə qayıtdıqdan sonra isə arvadını divana oturdub.

Qadın əllərini Bibliya kitabının üstünə qoyduqdan sonra isə onun sinəsinə çoxsaylı zərbələr endirib.


O, bu əməlini qadının bədənindən şər əməlləri çıxartmaq üçün törətdiyini deyib.