Elşadla Oksana barışıblar – EKSKLÜZİV

17 Oktyabr 2012 09:47 (UTC+04:00)


Bir neçə müddətdir ki, rəqqasə Oksana Rəsulova ilə rep ifaçısı Elşad Xosenin ayrılmaları barədə müxtəlif səbəblər səslənsə də, tərəflərin açıqlamaları bütün söz-söhbətlərə son qoyub.

Hazırda isə cütülüyün ailəsində sülh bərqarər olub. Bu barədə AzNews.az-a Elşad Xose özü deyib.

"Hər şey yaxşıdır. Ailəmizdə heç nə baş vermir. Ailəm haqqında danışmaq istəmirəm. Guya, mən Oksananın xəbəri olmadan avtomobil satmışam ki, bu da Oksananı özündən çıxarıb. Bunu Oksana deməyib. Jurnalistlərdən kimsə uydurub. Ona görə də yalan söhbətdir".

Qeyd edək ki, Elşad və Oksana bu ilin martın 28-də ailə qurublar.

Fuad Mədətov
AzNews.az