Kooperativlərə gömrükdə güzəşt ediləcək

17 Oktyabr 2012 10:14 (UTC+04:00)
Azərbaycanda kənd təsərrüfatı kooperativlərinin yaradılması ilə bağlı qanun layihəsinə Milli Məclisdə baxılır. Bu barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev verib.

Şöbə müdiri bildirib ki, kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafına yardım göstərəcək: "Kooperativlərə dövlət tərəfindən subsidiyaların ayrılması nəzərdə tutulur. Kooperativlərdə birləşənlər istehsal etdikləri məhsulu xarici ölkı bazarlarına çıxarmaq imkanı qazanacaqlar. Gömrükdə onlara güzəştlər tətbiq edilə bilər".

Elnarə Əlosmanqızı
AzNews.az