Qaradağda üç yük avtomobili toqquşdu - FOTO

6 İyul 2015 09:43 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ümid qəsəbəsinin ərazisində qeydə alınıb.

İki "KamAZ" və bir "Mercedes" markalı yük avtomobilləri toqquşub.

Nəticədə hər üç avtomaşının sürücüsü ağır xəsarətlər alıb.

Toqquşma nəticəsində yük maşınlarından birinin yanacağı yola dağıldığından əraziyə FHN-nin yanğınsöndürənləri də cağırılıb.

Nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hər üç avtomaşın yol kənarına çəkildikdən sonra nəqliyyatın hərəkəti normallaşıb.