Blatterin həbs olunma qorxusu: “Risk etmək istəmirəm”

6 İyul 2015 12:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Blatter bu barədə "goal" saytına açıqlama verib.

"Hər şey bitməyincə səyahət edərək risk etmək istəmirəm. Ona görə yox ki ABŞ-ın əlində mənim əleyhimə nəsə var. Ona görə ki, mənim həbsim geniş ictimai rezonans doğuracaq. Yenidən seçkilərə qatılmaq niyyətim yoxdu. Özümü yox, FİFA-nı qorumaq üçün buradayam. Mən qorxuram ki, insanlar FİFA-nı məhv etmək istəyirlər. Tənqid məni yaralamır. Paxıllığın çevrildiyi nifrət ağrıdır", -deyə Blatter bildirib.

Xatırladaq ki, Yozef Blatter bu il mayın 29-da beşinci dəfə FİFA-ya rəhbər vəzifəsinə seçilib. Bu seçkilər rüşvət skandalları fonunda baş tutub. Korrupsiya iddiası ilə təşkilatın bir sıra yüksək rütbəli məmurları həbs olunub. İyunun 2-də 79 yaşlı Blatter vəzifəsindən istefa verib. O, FİFA icraiyyə komitəsini növbədənkənar konqres keçirtməyə və yeni rəhbər seçməyə çağırıb.

Aydan Axundova