Aksiyaların liderini 10 il həbs gözləyir

17 Oktyabr 2012 15:30 (UTC+04:00)
Rusiyada Anti-Putin aksiyalarının lideri Sergey Udaltsov 10 il həbs cəzasına məhkum edilə bilər. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunur. Rusiya mətbuatının yazdığına görə, solçu liderin Moskvadakı mənzilində axtarış aparılıb.

O, öz Twitter səhifəsində qeyd edib ki, mənzildə axtarış aparıldıqdan sonra, onu polis bölməsinə aparıblar. Udaltsovun vəkili isə kütləvi informasiya vasitələrinə bildirib ki, onun həbsi qanunsuzdur və saxta ittihamla onu həbs etmək istəyirlər.

Sadiq Musa
AzNews.az