İrəvanda barrikadalar dağıdıldı - 50 nəfər tutuldu (Yenilənib + Fotolar)
6 İyul 2015 15:10 (UTC+04:00)
AzNews.az RİANovosti-yə istinadən xəbər verir ki, bu barədə etirazçıların liderlərindən Maksim Sarqsyan məlumat verib.
"40-50-dən çox etirazçı saxlanılıb. İndi son sayı və onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyət planına qərar verəcəyik", - deyə Sarqsyan bildirib.
Hazırda Baqramyan prospektində hərəkət bərpa olunub. Polis səkilərə sıxışdırdığı etirazçıların gedişata maneə olmasının qarşısını alır.
***
14:40
İrəvanda elektrik enerjisinin bahalaşmasına etiraz edən onlarla etirazçı saxlanılıb.
Polis prospektdə nəqliyyatın gedişini bərpa edib.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, saxlanılanlar polis maşınlarına mindirilərək etiraz yerindən uzaqlaşdırılıblar.
Jurnalistlər də daxil olmaqla digər insanları polis səkilərə sıxışdırıb.
Hazırda hadisə yerində 200-ə yaxın polis və 20-30 etirazçı qalıb. Polislər etirazçıları sakitləşdirmək üçün onlarla danışıqlar aparır.
AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, erməni OMON-u barrikada ilə üsyançılar arasında yer alıb.
Etirazçılarla görüşə İrəvan polis rəisi Valeri Osipyan gəlib. O, toplaşanlara yerli vaxtla 12:30-da barrikadaları sökmək barədə qərarı oxuyub. Əks halda bunu polisin edəcəyini bildirib.
Mitinq yerini tərk etmək niyyətində olmayan etirazçılar isə özlərinə yatacaq yer açıblar. Etirazçıların nümayəndələri hazırda polislə danışıqlar aparır.
Xatırladaq ki, İrəvanda etirazlar elektrik enerjisinin 16% bahalaşması barədə qərar qəbul edildikdən sonra başlayıb. Etirazçılar iyunun 19-dan İrəvanın mərkəzi Prospekti olan Baqramyanı bağlayıblar.