İlhamiyyə Rza təşkilatındakı istefadan xəbərsizdir – Açıqlama

6 İyul 2015 14:51 (UTC+04:00)

Bu Klubun sədri İlhamiyyə Rza hadisədən xəbərsiz olduğunu bildirib: "Bu məlumat harada və nə vaxt gedib?".

O, AzNews-az-a xəbəri olmadığı məsələ ilə bağlı heç bir şərh verə bilməyəcəyini deyib:"Qoy araşdırım, görüm nə məsələdir".

"125-lər" Siyasi Klubunun təsisçisi və eyni zamanda üzvlərindən biri, millət vəkili İqbal Ağazadə isə Anar Qasımlının istefası haqda sualı cavabsız qoyub. Xatırladaq ki, bir müddət öncə bu Klubun sədr müavini, hüquqşünas Xalisə Şahverdi də sözügedən qurumu tərk edib.

Bahar RÜSTƏMLİ