İrəvanda etirazlar davam edəcək - Azadlıq meydanında

6 İyul 2015 17:08 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə aksiya fəallarından Artur Poqosyan məlumat verib:
"19:00-da (yerli vaxtla) Azadlıq meydanına toplaşırıq. Biz geri çəkilmirik. Mübarizə davam edir"

Onun sözlərinə görə etirazçıların gələcək strategiyası meydanda müəyyən ediləcək.

Qeyd edək ki, bir müddət öncə İrəvanda elektrik enerjisinə etiraz edənlərdən 46 nəfər saxlanılıb.

Polis Baqramyan prospektini nəqliyyat üçün açmağa nail olub.

Aydan Axundova