MSN partlayışla bağlı məlumat yaydı - Sıçrayış olub

6 İyul 2015 18:59 (UTC+04:00)

MSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.