ABŞ səfirliyində şok yaşandı

17 Oktyabr 2012 11:35 (UTC+04:00)


Stokholmda yerləşən ABŞ səfirliyində şok yaşanıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, səfirliyə şübhəli paket daxil olub.

Paketi açan təhlükəsizlik əməkdaşları onun içərisində mənşəyi məlum olmayan toz aşkarlayıblar. Tozu kimyəvi zəhərli maddə olduğunu güman edən təhlükəsizlik əməkdaşları səfirlik işçilərini binadan evakuasiya ediblər.

Stokholm polisi də faktı təsdiqləyib və bildirib ki, tozun mənşəyi laboratoriya analizlərindən sonra məlum olacaq.

Qeyd edək ki, ABŞ-ın Stokholmda yerləşən səfirliyində 150 əməkdaş çalışır.

Sadiq Musa
AzNews.az