Dayandırılan avtomobildən atəş açıldı – 1 polis öldü (VİDEO)

7 İyul 2015 10:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat "haberler" saytında yer alıb.

Hadisə Siirt-Eruh avtomobil yolunun 15-ci kilometrində qeydə alınıb.

Siirt Rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları qaçaqmalçılıq şübhəsi ilə bir avtomobili dayandırıblar. Nəticədə avtomobildən atəş açılıb. 30 yaşlı polis məmuru Bünyamin Torğut ağır yaralanıb. Siirt Dövlət Xəstəxanasına qaldırılan Torğut müdaxiləyə baxmayaraq dünyasını dəyişib.
Hadisə yerində aparılan tədqiqatda polis dəstələrinə atəş açılan avtomobildə bir nəfər ölü tapılıb. Qaçan təcavüzkarın yaxalanması üçün jandarmın dəstəyi ilə regionda iş başlanılıb.

Avtomobildə ölü olan adamın qaçan təcavüzkar tərəfindən, yoxsa çıxan qarşıdurmada öldürüldüyü ekspertiza rəyindən sonra müəyyənləşəcək.

Polis məmurunun cənazəsi yaşadığı Elazığə göndəriləcəyi öyrənilib.