Tatu qadağan edildi

17 Oktyabr 2012 11:53 (UTC+04:00)


Londonun baş polis rəisi Bernard Hoqan-Hov işçələrinə tatunu qadağan edib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, xüsusilə cinayət aləminə məxsus olan tatuları daşıyan şəxslərə şərt qoyulub.

Onlar noyabr 12-nə qədər tatuları bədənlərindən sildirməsələr işdən azad olunacaqlar. Polis rəisi Bernard bu qərarını ictimai rəydə yaranan fikirlə izah edib.

O, bildirib ki, tatu ilə gəzən polis cəmiyyətdə qıcıq yaradır və haqlı qınağa səbəb olur. O, həmçinin əlavə edib ki, polisə qarşı etimadı azaldan addımlardan hər bir əməkdaş çəkinməlidir.

Sadiq Musa
AzNews.az