Xanım Qarabağ qazisinin ölüm xəbəri yalan çıxdı

7 İyul 2015 12:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, QAZİLER.AZ bununla bağlı araşdırma aparıb. Bəlli olub ki, xəbər yalandır. Xanım qazinin ailəsindən bildiriblər ki, kimsə facebook sosial şəbəkəsində yalnış məlumat yayıb.

Xatırladaq ki, Nərminə Abbasquliyeva 1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə köçüb. Nərminə xanım Xırdalanda boya-başa çatıb. 2 saylı orta məktəbi bitirdikdən sonra tibb texnikumunda təhsil alıb. Şəfqət bacısı idi. Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında işləyib. Qarabağ müharibəsi qazisidir (əlili). Bir övladı var.