Baş nazirin iqamətgahında pişik döyüşü

17 Oktyabr 2012 11:59 (UTC+04:00)
Britaniyanın baş nazirinin iqamətgahında hökumət başçısı Devid Kameron və Maliyyə naziri Corc Ocbornun pişikləri bir-biri ilə döyüşüb.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, iki pişik arasında bundan əvvəl də döyüşlər olub və hər iki pişik digərindən daha üstün olduğunu sübut etməyə çalışıb. Pişiklər arasında baş verən döyüşə hətta Kameronun iqamətgahı qarşısında keşik çəkən polis əməkdaşları müdaxilə etməli olublar.

Kameronun pişiyi olan Larri sahibinin iqamətgahında baş siçan tutan vəzifəsini icra edib. Ancaq ötən ay onu bu "vəzifədə" Osbornun pişiyi olan Freya əvəzləyib. Bu onunla əlaqələndirilib ki, baş nazirin pişiyi ilk ovunu bu vəzifəyə "təyin olunandan" 10 ay sonra tuta bilib. Bu isə onun "tənbəl" adını qazanması ilə nəticələnib.

Hətta bir dəfə Larrinin öz sahibi Kameronun iş otagında stulun üstündə sakit yataraq ətrafda gəzən siçana əhəmiyyət belə vermədiyi də bildirilir.

Elnarə Əlosmanqızı
AzNews.az