İvanişvilinin namizədliyi irəli sürüldü

17 Oktyabr 2012 16:20 (UTC+04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili parlament seçkilərində qalib gəlmiş Bindzin İvanişvilini namizədliyini Baş nazir postuna irəli sürüb.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı dövlət başçısının mətbuat katibi Manana Mandjqaladce verib. O, bildirib ki, İvanişvilinin namizədliyi atıq Gürcüstan parlamentinə təqdim edilib.

Qeyd edək ki, Gürcüstan konstitusiyasına əsasən Baş nazir təsdiq olunduqdan sonrakı 10 gün ərzində hökuməti formalaşdırmalıdır.

Sadiq Musa
AzNews.az