Varlı ruslar Yunanıstanda daşınmaz əmlak alır

8 İyul 2015 10:25 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Almaniyanın "Bild" nəşri yayıb.

Məlumata görə, rusiyalı investorları əsasən Afinanın yaxınlığında, Xalkidiki yarımadasında və Krit adasında yerləşən villalar maraqlandırır. Misal üçün, hazırda bu ərazilərdə 670 kvadrat metr olan villalar 2 milyon avroya satılır.

"2 il bundan öncə Siros adasında villa 1.6 milyon avroya satılırdı, indi bu qiymət 800 min avroya enib", - deyə yunanlı makler İzabel Razi bildirib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq Yunanıstanda lüks səviyyəli daşınmaz əmlakların qiyməti 50 faiz aşağı düşüb. Orta səviyyəli əmlaklar isə 30 faiz ucuzlaşıb.