Hökumətdə KTN-nin müraciətinə baxılır

17 Oktyabr 2012 16:50 (UTC+04:00)
Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının tədarük-satış bazalarının yaradılması ilə bağlı Kənd Təsərrüfatı Naziriyinin müraciətinə baxır. Bu barədə məlumatı AzNews.az-a KTN-nin şöbə müdiri Sabir Vəliyev verib.

Şöbə müdiri bildirib ki, məsələnin həlli üçün ayrı-ayrı dövləıt qurumlarını müsbət rəyinə ehtiyac var: "Hazırda dövlət orqanları nazirliyin bu təklifinin reallaşdırılması mümkünlüyünü araşdırır".

S.Vəliyev sözügedən bazaların yaradılmasının 2013-cü ildə mümkün olacağını istisna etməyib.

Elnarə Əlosmanqızı
AzNews.az