Boşanan qadınları hansı xəstəliklər gözləyir?

17 Oktyabr 2012 17:15 (UTC+04:00)


Aparaılan son araşdırmalar evlilik və boşanmanın hər iki cinsə təsir etdiyini ortaya çıxarıb. Araşdırmanın nəticəsinə görə, evlilik və ailə həyatına alışma müddəti sağlamlığa dərhal müsbət təsir göstərir.

Bu müddətdə kişilərdə sağlam həyata vərdiş yaranır. Qadınlar isə maliyyə cəhətdən nisbətən rahatlayırlar. ABŞ-da aparılan bu araşdırmaya əsasən, boşanmaq və dul qalmaq insan sağlamlığına mənfi təsir göstərir. Hətta təkrar evlənənlər üçün də həmin müddətdə sağlamlıqlarına dəyən ziyanı aradan qaldırmaq asan olmur.

ABŞ-ın Conc Hopkins Universiteti ilə Çikaqo Universitetinin ortaq araşdırması da evliliyinin insan sağlamlığına müsbət təsirini, boşanmaların isə müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olduğunu ortaya çıxarıb.

51 və 61 yaşlarındakı 8652 şəxs arasında aparılan araşdırmalar göstərib ki, boşanmış və ya dul qalmış kəslərdə, evli həmcinslərinə nisbətən ürək xəstəliyi, diabet və xərçəng kimi xroniki narahatlıqlar 20 faiz şox təsadüf edilir. Evli insanlara nisbətən boşananlar və ya dullarda hərəkətin məhdudlaşdırılması 23 faiz daha çoxdur. Heç evlənməyənlərlə bağlı bu rəqəm 12 faiz təşkil edir.

Araşdırmanın nəticələrinə görə, evlilərə nisbətən boşananlarda depresiya əlamətləri 13 faiz daha çox özünü göstərir. Təkrar evlənənlərdə də evlilikləri müddətində xroniki narahatlıq və hərəkət məhdudlaşdırması müşahidə olunduğu halda, depressiya əlamətləri müşahidə olunmur.

Sevinc Fədai
AzNews.az