Kosovalı futbolçu Bakıya buraxılmadı - “Laçi“də itki

8 İyul 2015 16:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Arqend Mustafa Bakıya buraxılmayıb.

Azərbaycana viza ala bilməyən 22 yaşlı futbolçu İstanbul hava limanından Albaniyaya geri dönməli olub. Arqend Mustafa Kosova vətəndaşı olması səbəbindən Bakıya buraxılmayıb.

Nəzərinizə çatdıraq ki, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Kosovanı müstəqil dövlət kimi tanımır. Bu səbəbdən Kosovanın vətəndaşı olan bu futbolçuya viza verilməyib.

Qeyd edək ki, "İnter" - "Laçi" oyunu sabah saat 21:00-da başlayacaq. Bu komandalar arasında Albaniyada baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb.