Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi - FOTO

8 İyul 2015 17:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, iyulun 8-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.