Azərbaycan stilistləri aparıcı üçün pəri obrazı yaratdı – Parisdə

8 İyul 2015 17:53 (UTC+04:00)

AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, gözəllik mərkəzinin istedadlı komandası ID Fashion kanalının aparıcısı Diana Qloster üçün orijinal obrazlar yaratmaqla moda nümayişlərinin diqqət mərkəzindədir.

Bu dəfə stilist Rəna və vizajist Natəvan Diana üçün dünya modasından götürülmüş müasir meşə pərisinin maraqlı obrazını yaradıblar. Həmin gün Ambassade de la Beaute komandasının öhdəsinə böyük məsuliyyət düşürdü. Onlar aparıcını eyni zamanda iki - Chanel və Giambattista Valli nümayişlərinə hazırlamalı idilər. Rəna və Natəvan Diananın obrazı üzərində böyük səylə çalışaraq yaratdıqları obrazı Karl Lagerfeld kimi sərt xarakterə malik tələbkar tənqidçilərə təqdim etdilər.

Bu dəfə dizayner nümayişi ar-deko tərzində xüsusilə nümayiş üçün tikilmiş kazinoda təşkil etmişdi. Qonaqların arasında Culianna Mur, Kristen Stüart, Vanessa Paradi və qızı Lili-Rouz Depp, Lara Stoun, Stella Tennant kimi məşhurlar var idi.