Nabrandakı qətlin təfərrüatları - VİDEO

9 İyul 2015 00:05 (UTC+04:00)



AzNews.az Ans-ə istinadən xəbər verir ki, Nabrandakı istirahət mərkəzlərinin birində iki gün əvvəl baş vermiş qətlin təfərrüatları məlum olub.

Xaçmaz Rayon Prokurorluğunun məlumatına görə, 20 yaşlı Ramil Abbaslı Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Hələlik onun qətlə yetirdiyi taksi sürücüsü Famil Məmmədovla nə səbəbdən mübahisə etdiyi açıqlanmır. Amma ilkin olaraq qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Xaçmaz Rayon Prokrurluğunda Ramil Abbaslı barəsində (qəsdən adam öldürmə) maddəsilə cinayət işinin istintaqı davam etdirilir.

Onunla birgə olan tələbə yoldaşlarının isə ifadəsi alınır.