Ukraynadan Bakı-2015-ə daha bir jest - Poçt markaları (FOTO)

9 İyul 2015 18:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azadinform-a açıqlama verən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, markalar tarixləşdirilir: "Belə markalar əvvəl də buraxılmışdı. Artıq yeni marka da Ukrayna poçtlarında satışdadır. Bakı - 2015-lə bağlı markaların konvertləri bəzədiyini görəndə adam qürurlanır".

H.Cavadov bildirib ki, belə markalar Ukraynada adətən dünya miqyaslı tədbirlərə həsr olunur: "Bütün dünyada təsdiq etdi ki, Bakı - 2015 beynəlxalq səviyyəli tədbir oldu. Biz bunu UABD olaraq Kiyevdə Avropa Oyunları ilə bağlı keçirdiyimiz avtoyürüşdə və mərkəzi küçələrin birində təşkil etdiyimiz bukletlərin paylanması zamanı gördük".