Azərbaycan əhalisinin sayı açıqlandı
9 İyul 2015 19:07 (UTC+04:00)
Dövlət Statistika Komitəsindən AzNews.az-a verirlən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini isə kənd sakinləri təşkil edir, 49,8 faizi kişilərdən, 50,2 faizi qadınlardan ibarətdir.
Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,6 faizi 15-64 yaşda, 6,0 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.