Azərbaycan və Afrika İttifaqı arasında razılıq: Təmaslar artırılacaq

9 İyul 2015 19:16 (UTC+04:00)


Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Abdullayev Azərbaycanın regionda lider ölkə olması, Azərbaycanın uğurları, ölkəmizin dəstəyi ilə həyata keçirilən enerji layihələri və regionun inkişafına ölkəmizin verdiyi töhfəsi barədə Aİ komissarına geniş məlumat verib.
Aİ komissarı, öz növbəsində, Azərbaycanın dünyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, ölkəmizin bu sahədəki regional və beynəlxalq təşəbbüsləri ilə yaxından tanış olduğunu qeyd edib.

Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yaradılması və bu əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Münasibətlərin inkişafı üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsi və tərəflər arasında təmasların artırılması barədə razılıq əldə edilib.