Müəllimlərin maaşı ilə bağlı yeni qayda - VİDEO

9 İyul 2015 23:52 (UTC+04:00)


AzNews.az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, insanların əməyinin qiymətləndirilməsi fərdi qaydada aparılır, daha səmərəli çalışan işçiyə daha yüksək əməkhaqqı verilir. Bu, differensial əməkhaqqı sistemi adlanır. Bir müddətdir Azərbaycanda da bir çox sahələrdə bu sistemdən istifadə olunur.

Differensial əməkhaqqı sisteminin Azərbaycanda təhsil sistemində də tətbiqinə başlanıb. Dövlət İqtisad Universiteti yeni əməkhaqqı sisteminin tətbiqi ilə müəllimlərin maaşında əhəmiyyətli dəyişikliyə nail olub.

Universitetin rektoru Ədalət Muradov yeni əməkhaqqı sisteminə xərclərə qənaət etməklə, universitetdə təmir-tikinti işlərini dayandıraraq bütün diqqəti pedaqoji heyətin stimullaşdırılmasına yönəltməklə keçdiklərini deyir.

Differensial əməkhaqqının hesablanması zamanı universitetdə vəsaitin 40 faizi təhsil fəaliyyətinə, 40 faizi elmi fəaliyyətə, 20 faizi isə şəxsin özünün inkişaf etdirməsinə hesablanır. Müəllimlərdən başqa, universitetdə 600 baldan yuxarı nəticə göstərməklə daxil olan tələbələrə də differensial qaydada yanaşma tətbiq ediləcək.