Yunanıstanda bir günlük ümummilli tətil keçiriləcək

18 Oktyabr 2012 04:10 (UTC+04:00)
Bu gün Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq.

Aviasiya dispetçerləri yerli vaxtla saat 10-dan 13-ə qədər tətil keçirəcəklər, ölkədə bərə və dəmir yolu ilə hərəkət tamamilə dayandırılacaq.

Son bir ayda Yunanıstanda sayca bu ikinci ümummilli tətildir. Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən 31,5 milyard avro həcmində yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.

AzNews.az