Sabaha olan hava Proqnozu

10 İyul 2015 13:28 (UTC+04:00)
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.


Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 21-26, gündüz 34-39 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.