İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı

10 İyul 2015 17:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Milan Expo 2015" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərdə olub.

Səfər çərçivəsində İlham Əliyev İtaliya Respublikasının Baş naziri Matteo Renzi və İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə görüşü olub.