“Əl-Qaidə” ABŞ-ı məhv etmək istədi

18 Oktyabr 2012 04:44 (UTC+04:00)
Nyu-Yorkda Federal Bankı partlatmağa cəhd edən şəxs həbs edilib. Federal Təhqiqatlar Bürosu əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı Qazi Nəfiz zərərsizləşdirilib.

Banqladeş vətəndaşı olan və tələbə vizası ilə Amerikaya gedən Q.Nəfiz oxumaq yox, Amerikanı məhv etmək niyyətində olub. Onun hətta "Əl - Qaidə" ilə bağlılığının olduğu da bildirilir.

450 kq partlayıcını bankın binası qarşısında məsafədən idarə olunan telefonla partlatmaq istəyənQ. Hafiz FTB əməkdaşları tərəfindən saxlanılıb.

Elnarə Əlosmanqızı
AzNews.az