Ağrı dağında PKK ilə türk əsgərləri arasında atışma - VİDEO
13 İyul 2015 09:35 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.
Məlumata görə, hadisə dünən yerli vaxtla saat 16.00 radələrində qeydə alınıb.
Ağrı dağına getmək istəyən türk əsgərləri ilə kəndlilər arasında gərginlik yaşanıb.
Bu zaman bölgəyə gələn bir qrup PKK-lı əsgərlərə atəş açıb. Cavab atəşindən sonra toqquşma başlayıb. Münaqişədən sonra PKK-lılar Ağrı dağına geri çəkilib.
Olay zamanı yaralanan olmayıb.
Hazırda türk əsgərləri bölgədə geniş miqyaslı əməliyyat keçirir.