Müdafiə naziri Rusiyaya başsağlığı verdi

13 İyul 2015 19:13 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilir: "Rusiya Federasiyası Hava Desant Qoşunlarının təlim mərkəzindəki kazarmanın uçması nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlar barədə xəbər bizi sarsıtdı.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımızdan və Silahlı Qüvvələrin şəxsi heyəti adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir və tezliklə sağalmalarını arzu edirik".