Bu ölkə son 8 ilin ən soyuq qışın yaşanır

13 İyul 2015 20:50 (UTC+04:00)



AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, hətta ölkənin ən günəşli ştatı sayılan Kuinslend ştatı da qar örtüyünə bürünüb.

Burada iyul ayı qış fəsli olsa da, qar yağıntısı son illər nadir hal hesab edilirdi. Lakin 2 illik fasilədən sonra ötən gecə Kuinslend ştatına yağan qar sakinləri, xüsusilə də uşaqları sevindirib. Səhər isə bir çox avstraliyalılar ailələri ilə birlikdə qarın daha çox yağdığı Nyu-Saus Uels ştatına istirahətə gedib.

Yerli meteoroloqlar isə həmin ştatda son 8 ilin ən soyuq qışının müşahidə edildiyini bildiriblər.