Sarkisyan Avropaya bir az yaxınlaşdı

18 Oktyabr 2012 06:20 (UTC+04:00)


Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Avropa Xalq Partiyasının qurultayında çıxış edib. AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Sarkisyan Avropa Birliyi vətəndaşlarının ölkəsinə vizasız daxil olmasından danışıb. Erməni prezidenti bütün avropalıları bu imkandan istifadə etməyə çağırıb.

O, çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bildirib ki, problemin sülh yolu ilə həllindən başqa alternativ yoxdur. Erməni prezident ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqları da dəstəklədiklərini qeyd edib.

Səfərov məsələsinə də toxunan Sarkisyan bunu ermənifobiya kimi təqdim etməkdən də çəkinməyib.

Qeyd edək ki, Ermənistan dövlət başçısı istənilən çıxışında sərsəm fikirlər səsləndirir ki, bu da yəqin ki, onların axırıncısı deyil.

Sadiq Musa
AzNews.az