Bakıda kişi meyiti tapıldı

14 İyul 2015 11:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Baloğlan Bağırov küçəsi 1-də üzərində bıçaq xəsarəti olan kişi meyiti tapılıb.

Hazırda ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.