Qədim insan Panda yeyirmiş

18 Oktyabr 2012 06:40 (UTC+04:00)
Maraqlı və xoş görünüşü ilə daim diqqəti çəkən Pandalar sən demə əcdadlarımızın ən sevimli qidası olub. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu qənaətə avropalı arxeoloqlar gəliblər.

Bambukla qidalanan bu şirin ayı növünün dərisi də qədim insanı soyuqdan qoruyan vasitə kimi əvəzsiz hesab edilib. Ancaq müasir insan əcdadlarından fərqli olaraq Pandalara daha çox ekzotik heyvan kimi baxdığından onlarla qidalanmır. Hətta itin böyük həvəslə yeyildiyi Çin də belə, Pandalar çox olmasına baxmayaraq, onun ətindən heç bir qida məhsulunda istifadə edilmir.

Sadiq Musa
AzNews.az